TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün təhlillərə başlayıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlayıb.
APA xəbər verir ki, bunu TƏBİB-in media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə keçirilən açıq dialoq görüşündə qurumun İcraçı direktorunun müavini Rahim Hüseynov bildirib.
O qeyd edib ki, ilin sonunadək növbə probleminin əsas hissəsinin aradan qaldırılması nəzərdə tutulur: "İlk növbədə, ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası ilə bağlı mərhələli addımlar atılacaq. Artıq bununla bağlı təhlillərə başlanılıb və konkret tədbirlər görülür. Ümid edirəm ki, ilin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq".
Rahim Hüseynov bildirib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir: "Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq müşahidə olunan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız “həkim çatışmır, ora həkim göndərək” prinsipi ilə yanaşmaq düzgün deyil”.
İcraçı direktorun müavini əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətlərin səmərəliliyi nəzərə alınmaqla veriləcək.
Oxşar xəbərlər
TƏBİB: Regionlarda ciddi həkim çatışmazlığı var
Teymur Musayev: Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
