AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
sizinxeber.az xəbər saytı

AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO


“Azərbaycan Hava Yolları”nın (AZAL) donanmasına yeni qoşulan təyyarə bütün təhlükəsizlik və funksional sınaqlardan uğurla keçib.

Bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) Uçuşların Təhlükəsizliyi İdarəsinin rəhbəri, eyni zamanda Airbus A320 hava gəmisinin kapitanı Renat Hüseynov AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsinin Hamburq şəhərində keçirilən təhvil verilməsi mərasimi çərçivəsində APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, təyyarə uzun müddətdir ki, AZAL tərəfindən gözlənilirdi və bununla əlaqədar hazırlıq işlərinə əvvəlcədən başlanılmışdı.

“Hazırda hava gəmisinin yoxlama uçuşunu həyata keçirmişik. Uçuş zamanı təyyarənin bütün təhlükəsizlik və funksional sistemləri tam şəkildə yoxlanılıb. Eyni zamanda, yoxlama uçuşunda “Airbus Corporate” şirkətinin nümayəndələri də iştirak ediblər. Yoxlama zamanı heç bir nöqsan aşkarlanmayıb və təsdiqlənib ki, hava gəmisi AZAL-ın tələblərinə uyğun olaraq istənilən istiqamətdə təhlükəsiz və rahat şəkildə istismar oluna bilər”, - deyə o bildirib.

Renat Hüseynov qeyd edib ki, yeni təyyarədən əsasən orta məsafəli marşrutlarda istifadə olunacaq.

“Daha çox 2 saatdan 5 saata qədər davam edən uçuşlarda istismarı nəzərdə tutulur. Bura Avropa, Şərq, Şimal və Cənub istiqamətləri daxildir. Ümumilikdə, təyyarə müxtəlif marşrutlar üzrə istifadə ediləcək”, - o vurğulayıb.

AZAL rəsmisinin sözlərinə görə, yeni təyyarənin əsas üstünlüklərindən biri daha çox sərnişin daşımaq imkanına malik olmasıdır.

“Son illərdə əldə etdiyimiz bütün hava gəmiləri müasir standartlara cavab verir. Bu təyyarə də həmin standartların hamısına uyğundur. Əsas fərq onun daha çox sərnişin daşımaq imkanına malik olmasıdır”, - deyə Renat Hüseynov əlavə edib.

Renat Hüseynov həmçinin bildirib ki, yaxın dövrdə AZAL donanmasına daha bir neçə yeni təyyarənin qoşulması gözlənilir.

“Hazırda Hamburqda yerləşən müvafiq təhvil-təslim mərkəzində komandalarımız tərəfindən lazımi prosedurlar həyata keçirilir. Növbəti həftələrdə və aylarda yeni təyyarələrin donanmaya qoşulmasını gözləyirik”, - deyə o qeyd edib.

Renat Hüseynovun sözlərinə görə, yaxın zamanda "Airbus"un A320 və Airbus A321 tipli təyyarələrin təhvil alınması nəzərdə tutulur. Yeni sifarişlərin sayı və dəyəri ilə bağlı isə əlavə məlumat verilməyib.

Oxşar xəbərlər

AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər