Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb


Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.

Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən xəbər verilib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.

Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.

Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Oxşar xəbərlər

Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Azərbaycan səfiri Həştərxan qubernatoru ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib
Prezident İlham Əliyev Həştərxan qubernatorunu qəbul edib - YENİLƏNİB
Həştərxan qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər