Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək.
"Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Suriyanın yanında olub:
"Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb. Azərbaycanın humanitar yardımları müharibə fəlakətlərin aradan qaldırılmasına mühüm töhfə verib. Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib".
Deputat bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərdə böyük önəm daşıyıb:
"Dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Suriyaya yeni dövrdən sonra həyata keçirilən ilk prezident səfəri olub. Bu baxımdan səfər tarixi əhəmiyyətə malikdir".
Oxşar xəbərlər
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək
Xalid İsmayıl: Azərbaycan Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir
Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilir
Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır
Rizvan Nəbiyev: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
-
DÇ-2026: Son tura start verilir
