Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq
Azərbaycan Suriyada məktəb tikintisinə dəstək verir, 10 məktəbin inşasını həyata keçirmək barədə qərar qəbul edilib.
Sizinxeber.az xəbər verir ki, bu sözləri Suriya parlamentinin deputatı Tarık Sulo Cevizci Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.
“Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində suriyalı tələbələrin Azərbaycanda təhsil alması üçün imkanlar yaradılacaq. Bu proqramda türkman tələbələrin də iştirakının təmin olunması arzu edilir. Azərbaycan və Suriya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - o qeyd edib.
Tarık Sulo Cevizci vurğulayıb ki, Suriyanın gələcəkdə Türk dövlətləri ilə münasibətlərinin daha da genişlənməsi üçün mühüm addımlar atılır.
Oxşar xəbərlər
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək
Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib - FOTO - YENİLƏNİB
ETN: Suriyalı tələbələrin Azərbaycanda təhsil alma imkanları araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
