Rizvan Nəbiyev: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Agentliyin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı ilə türkmanlar bir-birinə sadəcə diplomatiya ilə bağlı deyil: "Biz bu çərçivədə mədəni əlaqələrin qarşılıqlı münasibətlərə, dostluğa verdiyi töhfəni xüsusi qeyd edə bilərik".
Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi zaman bütün türk dünyasının sevindiyini vurğulayıb:
"Çünki Azərbaycanın zəfəri, qalibiyyətini 30 il ərzində təkcə həsrətlə gözləyən biz olmadıq. Bu zəfəri bütün türk dünyası və bizim türk qardaşlarımız gözləyirdi".
O təklif edib ki, bu kimi tədbirlər İraqda, Suriyada, Kərkükdə, Bağdadda keçirə bilər:
"Biz istəyirik ki, İraqda, Suriyada da tədbirlər təşkil edək və biz əgər qardaş dərnəklərin, vətəndaş cəmiyyətlərinin hazırlığını görsək, bir yerdə elə bu ilin payızında İraqda görüşərik. Şəhər seçimi qardaşlarımızdan asılıdır. Bu Bağdad da ola bilər, bu Kərkük də ola bilər".
YENİLƏNİR
Oxşar xəbərlər
Aygün Əliyeva: Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır
TDT-nin Baş katibi: Azərbaycan ticarət, nəqliyyat və kommunikasiyanın inkişafında Türk dünyasında mühüm ölkədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
