Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində işlə təmin edilib
sizinxeber.az xəbər saytı

Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində işlə təmin edilib


Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin bir hissəsi hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.

Qeyd edək ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.

Oxşar xəbərlər

Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin ilk yeddi ayında 99 min nəfər işlə təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər