Ukraynanın kütləvi hücumundan sonra Krımın yarısı işıqsız qalıb
Ukrayna iyunun 23-nə keçən gecədən etibarən ilhaq edilmiş Krıma kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.
"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, zərbə Kerçdəki Arşintsevo rayonunda yerləşən İES-ə endirilib.
Məlumata görə, Kerçdəki İES-də güclü yanğın baş verib, yarımadanın yarısı işıqsız qalıb.
Həmçinin peyk çəkilişi məlumatlarına əsasən, təxminən 47 kilometr uzunluğunda tüstü zolağı qeydə alınıb.
Krım "hakimiyyəti" "elektrik şəbəkələrindəki texnoloji pozuntular" səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib. Elektrik təchizatının sutka ərzində bərpa olunacağı vəd edilir.
Eyni zamanda, Ukrayna dronlarının zərbələri Sovetski rayonundakı "Nasosnaya-2" yarımstansiyasında yanğına səbəb olub. Daha sonra yarımada sakinləri "TES-Terminal" neft məhsullarının saxlanılması kompleksinə hücum edildiyini bildiriblər.
Oxşar xəbərlər
Ukrayna dronlarının Krıma hücumları nəticəsində beş nəfər ölüb
Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb
Səbail rayonunda güclü yanğın başlayıb, bir küçə işıqsız qalıb
Zelenski: Rusiya mayın 8-nə keçən gecə hücumları dayandırmayıb, dronlarla 850-dən çox zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
