Cənubi Koreyanın sabiq prezidentinə Pxenyana dron göndərdiyi üçün 30 il həbs cəzası verilib
Cənubi Koreyanın paytaxt məhkəməsi sabiq prezident Yun Sok Yola hərbi pilotsuz uçuş aparatlarının Şimali Koreya sərhədlərinə göndərilməsi barədə əmr verdiyinə görə 30 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
"Report" bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir ki, sabiq dövlət başçısı 2024-cü ildə hərbi vəziyyətin tətbiqi üçün bəhanə yaratmaq məqsədilə döyüş dronlarının Şimali Koreya paytaxtının hava məkanına göndərilməsinə dair göstəriş verib.
Cari ilin fevralında Yun Sok Yol 2024-cü ildə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məhkəmə araşdırması çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun hərəkətlərini milli parlamentin fəaliyyətini bloklamaq cəhdi kimi tövsif edib. Bu zaman ittiham tərəfi ölüm hökmünün çıxarılmasında israr edirdi.
Sabiq prezident 3 dekabr 2024-cü ildə ölkədə hərbi vəziyyət rejiminin tətbiq edilməsi barədə bəyanatla çıxış edərək bunu guya konstitusiya quruluşunu təhdid edən Şimali Koreyaya rəğbət bəsləyən müxalifətə qarşı mübarizə zərurəti ilə əsaslandırmışdı. Bununla o, Cənubi Koreya Demokratik Partiyasının onu vəzifədən kənarlaşdırma proseduruna başlamaq niyyətini nəzərdə tuturdu.
Oxşar xəbərlər
Cənubi Koreyanın sabiq prezidenti təkrar həbs olunub
Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini təsdiqləyib
Məhkəmə Cənubi Koreyanın sabiq prezidentini yenidən həbs edib
Seulda parlament binası qarşısında yüzlərlə insan hərbi vəziyyətin tətbiqinə etiraz edir
KXDR-in pilotsuz təyyarələrə qarşı sistemi bütün Cənubi Koreyada tətbiq olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
