Robert Koçaryana qarşı cinayət işi başlanacaq
sizinxeber.az xəbər saytı

Robert Koçaryana qarşı cinayət işi başlanacaq


Ermənistan Mərkəzi Seçki Komissiyası ikinci prezident Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasından sonra vəkil Aram Orbelyan jurnalistlərə bildirib.

“Komissiya cinayət təqibinə icazə verdi”, - Orbelyan deyib.

O qeyd edib ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib. Koçaryandan başqa deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.

Oxşar xəbərlər

Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir
Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib
Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb
Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər