Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, Ali Məhkəmənin hakimlərinin, inzibati orqanların nümayəndələrinin, vəkillərin, alim və hüquqşünas ekspertlərin, habelə ad-hoc üzvlərin iştirakı ilə keçirilən iclasda "Məhkəmələr tərəfindən mübahisələrə baxılarkən inzibati praktikada bərabər yanaşma və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi" mövzusunda müzakirələr aparılıb.
Ali Məhkəmənin İnzibati kollegiyasının sədri Xəqani Məmmədov bildirib ki, müzakirələrin keçirilməsində məqsəd etimad hüququnun qorunması ilə bağlı həm məhkəmə təcrübəsində, həm də inzibati orqanların fəaliyyətində vahid yanaşmanın formalaşdırılmasına töhfə verməkdir. Qeyd olunub ki, aparılan müzakirələr və irəli sürülən təkliflər etimad hüququnun məhkəmə təcrübəsində tətbiqinə dair Ali Məhkəmə Plenumunun qərar layihəsinin hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
İclasda 2025-ci il üzrə inzibati məhkəmələr tərəfindən etimad hüququna əsaslanaraq qəbul edilmiş məhkəmə aktları ilə bağlı Ali Məhkəmə tərəfindən aparılan ümumiləşdirmənin ilkin nəticələri barədə iştirakçılara məlumat verilib.
Daha sonra etimadın qorunması prinsipinin mahiyyəti və tətbiqi, inzibati praktikanın anlayışı, formalaşması, dəyişdirilməsi və ona etimad hüququnun tanınmasının şərtləri, habelə inzibati praktika ilə məhkəmə təcrübəsi arasındakı əlaqə məsələləri müzakirə olunub.
Bununla yanaşı, qanuni və qanunsuz əlverişli inzibati aktların ləğvi zamanı etimad hüququnun qorunması, maraqlar balansının müəyyən edilməsi, kompensasiya məsələləri, ləğv müddətləri, eləcə də qanunsuz inzibati praktikanın hüquqi nəticələri və inzibati orqanların bu sahədə məsuliyyəti ilə bağlı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.
Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələr və iclas zamanı irəli sürülən təkliflərin vahid hüquqtətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib
Ali Məhkəmə Plenumunun iclası keçirilib
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
