Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək
Sosial media platformalarının siyahısı müəyyən ediləcək.
Sizinxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, nəzarət sahəsində müəyyən çətinliklər olacaq: “Bu gün hətta Avstraliyanın özündə də nəzarətlə bağlı çətinliklər və müəyyən hallar müşahidə olunur. Uşaqlar üz cizgilərini dəyişən filtrlərdən və digər vasitələrdən istifadə edirlər. Maarifləndirməyə və birgə fəaliyyətə ehtiyac var. Bu, bizə həmin layihənin icrasında kömək edəcək. Sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. Bu zaman platformaların kütləvi istifadə səviyyəsi nəzərə alınacaq. Texnologiyalar sürətlə inkişaf edir. Ona görə də bir müddət sonra hansı çətinliklərlə və suallarla üzləşəcəyimizi indidən dəqiq bilmək mümkün deyil”.
Oxşar xəbərlər
Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
16-18 yaş qrupu üçün sosial mediadan istifadə qaydası müəyyən olunur
TRT World-ün aparıcısı: Bir çox insan media savadlılığının nə olduğunu anlamır
Nazir: Sosial müavinətlərin növbəti ildə artırılması nəzərdə tutulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
