Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb
Cənubi Koreya Prezidenti Li Cje Myon kiçik və orta müəssisələr və startap məsələləri üzrə nazir Han Son Suku Baş nazir təyin edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" Prezident Ofisinə istinadən xəbər verib.
Əgər parlament təsdiqləsə, Han Son Suk Cənubi Koreyanın 20 ildən sonra ilk qadın Baş naziri olacaq.
Prezident Administrasiyasının rəhbəri Kan Xun Sik brifinqdə bildirib ki, Cənubi Koreyanın internet nəhəngi "Naver"in keçmiş baş direktoru Son Sukun ölkənin süni intellektin tətbiqi prosesinə rəhbərlik edəcəyi gözlənilir.
"Han yarımkeçirici istehsal bumu və ixracatın artması ilə şərtlənən Cənubi Koreyanın iqtisadi artımını kiçik və orta müəssisələr də daxil olmaqla, hər kəsə təsir edəcək hərtərəfli böyüməyə çevirə biləcək", - o deyib.
Agentlik qeyd edir ki, Cənubi Koreyanın prezidentlik idarəetmə sistemində Baş nazirin rolu əsasən mərasim və inzibati xarakter daşıyır.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri Cənubi Koreyanın yeni prezidenti ilə mümkün qədər tez görüşmək istəyir
Cənubi Koreyanın müdafiə naziri ABŞ-yə səfər edəcək
Cənubi Koreya parlamenti yeni baş nazirin namizədliyini təsdiqləyib
Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq
Cənubi Koreyanın keçmiş baş naziri prezident seçkilərində namizədliyini irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
