Elvin Balacanov: "Bacarıqlı kibertəhlükəsizlik kadrlarının yetişdirilməsi ölkələr üçün ən mühüm investisiyadır"
Peşəkar kibertəhlükəsizlik kadrlarının hazırlanması və bu sahədə ixtisaslı işçi qüvvəsinin qorunub saxlanılması hər bir dövlətin həyata keçirə biləcəyi ən əhəmiyyətli investisiyalar sırasında qalmaqda davam edir.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, müasir dövrdə yalnız texnoloji həllər kifayət deyil: "Peşəkar kibertəhlükəsizlik kadrlarının formalaşdırılması və saxlanılması istənilən ölkə üçün ən önəmli investisiya istiqamətlərindən biri olmağa davam edir. Dayanıqlılıq bilavasitə əməkdaşlıqdan asılıdır - bu istər dövlət-özəl sektor tərəfdaşlıqları, istər milli CERT strukturları arasında koordinasiya, istər birgə təlim fəaliyyətləri, istərsə də bilik mübadiləsi təşəbbüsləri vasitəsilə olsun".
E. Balacanovun fikrincə, süni intellekt həm kibertəhdidlərin, həm də kibermüdafiə mexanizmlərinin transformasiyasına təsir göstərməyə davam etdikcə, innovasiyanın kollektiv təhlükəsizliyi zəiflətmək yox, əksinə möhkəmləndirməsini təmin etmək baxımından regional əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edəcək: "Azərbaycan üçün bugünkü müzakirə beynəlxalq və regional əməkdaşlığa, eləcə də tərəfdaşlıqlara investisiya yatırmağın vacibliyini bir daha ortaya qoyur. Bu gün paylaşılan təcrübələr sübut edir ki, kibertəhdidlər qlobal xarakter daşısa da, effektiv mübarizə yolları praktiki əməkdaşlıq, qarşılıqlı etibar və rəqəmsal gələcəyimizin təhlükəsizliyini təmin etməyə yönəlmiş ortaq öhdəliklər vasitəsilə formalaşdırılır".
Oxşar xəbərlər
Özbəkistan kibertəhlükəsizlik sahəsində kadr hazırlığını strateji prioritetə çevirib
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Assosiasiya: Estoniyanın rəqəmsal texnologiya sektorunun illik dövriyyəsi 12 milyard avrodur
Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
