Agentlik rəsmisi: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"
Azərbaycanda rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin Rəhbəri Şahmar Hacıyəhyayev Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son bir neçə ildə ölkədə həm kibertəhlükəsizliyin, həm süni intellektin inkişafı, həm də rəqəmsal fəaliyyət planlarının təsdiqlənməsi istiqamətində mühüm addımlar atılıb: "Bu addımlar Azərbaycanın qlobal tendensiyalarla ayaqlaşmasına, rəqəmsal transformasiya dövründə daha dayanıqlı və rəqabətqabiliyyətli olmasına xidmət edir. Hər bir strategiyanın əsas prioritetləri və hədəfləri olur. Mənim fikrimcə, bu istiqamətdə ən vacib məsələlərdən biri insan kapitalının formalaşdırılmasıdır. İstər süni intellekt, istərsə də kibertəhlükəsizlik sahəsində insan resurslarının inkişafı əsas amillərdən biridir. Texnologiyanı əldə etmək mümkündür. Lakin ondan düzgün istifadə etmək, hansı texnologiyanın hansı məqsədlə tətbiq olunacağını müəyyənləşdirmək insan faktorundan asılıdır. Buna görə də kadr potensialının gücləndirilməsi ölkə səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib".
"Kadr potensialının inkişafı yalnız bir neçə aylıq kurs və yaxud təlim proqramı ilə məhdudlaşmamalıdır. Əgər süni intellekt və yaxud kibertəhlükəsizlik sahəsində güclü mütəxəssislər yetişdirmək istəyiriksə, həmin şəxslər ekosistemin bütün mərhələlərindən keçməlidirlər.
İlk növbədə onlar nəzəri biliklərə yiyələnməli, daha sonra laboratoriya mühitində praktiki bacarıqlar qazanmalıdırlar. Eyni zamanda, konkret istehsalçıdan (vendor) asılı olmadan müxtəlif texnologiyaların imkanlarını və tətbiq sahələrini bilməlidirlər. Növbəti mərhələdə isə yalnız mövcud texnologiyalardan istifadə etməyi deyil, yeni həllər və yerli məhsullar yaratmağı bacaracaq səviyyəyə çatmalıdırlar", - deyə Ş.Hacıyəhyayev qeyd edib.
Oxşar xəbərlər
İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
Saməddin Əsədov: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır
Dunay Bədirxanov: "Aqrar sektorda rəqəmsal transformasiya üçün süni intellekt alətləri vacibdir"
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Rəşad Xalıqov: "Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
