Prezident İlham Əliyevin enerji forumundakı çıxışı ölkənin strateji hədəflərini ortaya qoydu - RƏY
Prezident İlham Əliyevin Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı Azərbaycanın son otuz ildə həyata keçirdiyi enerji strategiyasının nəticələrini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri bir daha nümayiş etdirdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının səsləndirdiyi fikirlər enerji sektorunun ölkənin iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və regional əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını göstərir:
"Bu gün Azərbaycan dünyanın mühüm enerji tərəfdaşlarından biridir Ölkəmizin zəngin enerji ehtiyatları, etibarlı tərəfdaş imici, həyata keçirdiyi iri beynəlxalq layihələr və uzunmüddətli strateji yanaşması onu qlobal enerji xəritəsində xüsusi mövqeyə yüksəldib. Məhz uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan enerji resurslarını yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və regional sabitliyin mühüm amili kimi dəyərləndirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit və logistika mərkəzinə çevrilib. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji dəhlizləri ölkəmizin strateji əhəmiyyətini daha da artırıb".
Deputat xatırladıb ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir:
"TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin ildən-ilə gücləndiyini göstərir. Azərbaycan enerji resurslarının dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi layihələrlə regionlararası əməkdaşlığın genişlənməsinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir".
S.Salmanova həmçinin bildirib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, "yaşıl enerji" istiqamətində də mühüm layihələr həyata keçirərək qlobal enerji keçidinin fəal iştirakçısına çevrilir:
"Bərpaolunan enerji mənbələrinin inkişafı, günəş və külək enerjisi potensialının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və enerji istehsalının şaxələndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" zonası elan edilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu ərazilərdə həyata keçirilən layihələr ölkənin enerji balansının daha da güclənməsinə, ətraf mühitin qorunmasına və davamlı inkişaf məqsədlərinin reallaşmasına xidmət edir. Bu siyasət həm milli maraqların təmin olunmasına, həm də regional və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı gələcəkdə ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi üçün də geniş imkanlar yaradır".
Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, Azərbaycan möhkəm siyasi iradə və düşünülmüş strateji yanaşma nəticəsində bu gün dünyanın mühüm enerji mərkəzlərindən biri kimi beynəlxalq enerji gündəliyində öz mövqeyini daha da gücləndirir".
Oxşar xəbərlər
Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli enerji strategiyası Azərbaycan tarixinin parlaq səhifələrindəndir - ŞƏRH
Prezident: "Strateji yanaşmalar enerji sektorunda Azərbaycanın inkişafına yeni imkanlar yaradır"
İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
