BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda neft kəmərləri ilə 25 807,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,45% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 19 390,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,77% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5%-i və ya 15 806 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5%-i və ya 3 584,2 min tonunu (8,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ərazisindən BTC vasitəsilə neftin nəqli 2% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












