Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 538 277,6 min manat təşkil edib, bu da illik müqayisədə 0,5% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 535 337,2 min manat səviyyəsində olub.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,7% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.

Oxşar xəbərlər

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Azərbaycanda mehmanxanaların gəlirləri 27% artıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Azərbaycan bu il 230 mln. dollarlıq neft məhsulları ixrac edib
SOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər