Ramin Məmmədov Lerik şəhər Cümə məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər Cümə məscidini ziyarət edib.
Bu barədə "Sizinxeber.az"a komitədən məlumat verilib.
Qeyd edilib ki, sədr məsciddə fəaliyyət göstərən dini icmanın üzvləri ilə görüşüb. Söhbət zamanı dini qurumların yerli ictimai mühitdəki rolu, din xadimlərinin cəmiyyətdə sağlam mənəvi atmosferin formalaşdırılmasına dəstəyi və bu sahədəki fəaliyyətin müasir dövrün çağırışları fonunda əhəmiyyəti müzakirə olunub.
Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini etiqad azadlığının təmin olunması, icmaların fəaliyyətinin dəstəklənməsi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Vurğulanıb ki, dini qurumlar cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, insanları ortaq dəyərlər ətrafında birləşdirən və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verən mühüm təsisatlardır.
Görüşdə, həmçinin dini sahədəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və müraciətlər dinlənilib.
Oxşar xəbərlər
Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Azərbaycan antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
