FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
sizinxeber.az xəbər saytı

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.

APA FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

Belə ki, iyun ayının 1-dən bugünə qədər bu kimi qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.

Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır".

Oxşar xəbərlər

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
FHN: İyunun əvvəlindən indiyədək qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bu il suda batmış 52 nəfərin meyiti tapılıb, 161 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər