Avrasiya İnkişaf Bankı Bakıda görüşlər keçirir
sizinxeber.az xəbər saytı

Avrasiya İnkişaf Bankı Bakıda görüşlər keçirir


Martın 12-də maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb
Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir
Kəmaləddin Heydərov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər