AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb


Azərbaycan Mərkəzi Bankı və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” Sosial şəbəkə hesabında bildirib.

Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq.

Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaq” - deyə AMB sədri paylaşımda qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası yaradılıb
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi" arasında Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər