Kəmaləddin Heydərov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan dövləti uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsiz mühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqət yetirir və bu sahədə mühüm addımlar atır.
Bu çərçivədə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ölkəmizdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, əhalinin, xüsusilə də həssas qrupların, o cümlədən uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti barədə danışan nazir göstərilən sahədə aidiyyəti beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bu xüsusda, Nazirliklə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi arasında sıx əlaqələrin formalaşdığını, ötən illər ərzində bir sıra birgə layihələrin müvəffəqiyyətlə reallaşdırıldığını xatırladıb.
Nazir Kəmaləddin Heydərov uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah görüşə görə təşəkkür edib, ötən ilin noyabr ayında Azərbaycan tərəfindən qlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.
Xanım Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov AEBA-nın baş direktorunun müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












