Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Avrasiya İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirməsinə hazırdır.
“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün maliyyə naziri Sahil Babayev və Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.
Görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırkı üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.
Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
EDB Azərbaycanın onun səhmdarları sırasına daxil olacağına ümid edir
Muxtar Babayev: “Azərbaycanda iqlimlə bağlı risklər idarə olunacaq”
Türk İnvestisiya Fondu ilk layihələri maliyyələşdirməyə hazırlaşır
Azərbaycanla İƏİT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












