BMT: Geniş əhatəli "yaşıl iqtisadiyyat" planı Azərbaycanla yeni əməkdaşlıq çərçivəsinin əsas komponenti olacaq
BMT-nin məqsədi Azərbaycanın bütün vətəndaşları üçün "yaşıl" və dayanıqlı gələcəyi təmin etməkdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
"Biz Dayanıqlı İnkişaf Məqsədlərinə - minalardan təmizləmə ilə bağlı milli məqsəd də daxil olmaqla, 17 qlobal və 1 milli məqsədin hamısına nail olmaq üçün milli səyləri necə daha yaxşı dəstəkləyə biləcəyimizi müəyyən etməyi səbirsizliklə gözləyirik. Məqsədimiz Azərbaycanın bütün sakinləri üçün "yaşıl" və dayanıqlı gələcəyi təmin etməkdir", - o vurğulayıb.
V. Andreyevanın sözlərinə görə, bərpa olunan enerji və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı fəaliyyət BMT-nin diqqət mərkəzindədir: "Biz COP29 sədrliyinin təşəbbüslərinin necə davam etdirilməsini və onların Azərbaycan kontekstinə necə uyğunlaşdırılmasını müzakirə edirik. Bunun bir hissəsi bərpa olunan enerjiyə diqqət yetirmək, regional tərəfdaşlıqları araşdırmaq və yeni milli səviyyədə müəyyən edilmiş töhfələri həyata keçirməkdir. Geniş əhatəli "yaşıl iqtisadiyyat" planı da yeni əməkdaşlıq çərçivəmizin əsas komponenti olacaq".
Oxşar xəbərlər
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır
Vladanka Andreyeva: DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var
BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
Vladanka Andreyeva: BMT Azərbaycanla tərəfdaşlığını davam etdirməyə sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
