BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır
sizinxeber.az xəbər saytı

BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır


Yalnız şagirdlər üçün deyil, həm də valideynlər və müəllimlər üçün “yaşıl təhsil”in təmin edilməsinə ehtiyac var.

“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi iqlimlə bağlı fəaliyyətə dair forum zamanı deyib.

“Uşaqları məsuliyyətli vətəndaş olmağa hazırlayacaq, onların gələcəkdə aşağı karbonlu iqtisadiyyat dünyasında iş tapmalarına imkan yaradan yeni qabiliyyətlərə sahib olmalarına yardım göstərəcək “yaşıl proqramlar”a ehtiyacımız var”, - o vurğulayıb.

Onun sözlərinə görə, COP29 bütün insanların, o cümlədən gənclərin səsini birləşdirəcək platforma olacaq:

“İqlim dəyişikliyi ilə mübarizəyə gəlincə, bununla bağlı cəmiyyəti səfərbər etmək çox vacibdir”.

Oxşar xəbərlər

BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreyeva: DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər