İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
11:56
0
0
1 261
ff aaaaaaa

İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə

19 may, 2026
11:56
1 261

İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə

Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə kimi 27 tarixi abidə, 5 məscid, 3 kilsə bərpa olunub:

"Abidələrin bir çoxu sıfırdan bərpa olunub. Onların içərisində karvansaralar da var. Bu işlər davam edəcək. Bu il də Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq. Bu, məsuliyyəti bir layihədir. Yaxın zamanda bu işlərə start veriləcək, xüsusi əhəmiyyətli abidə komplekslərinin layihələndirmə işləri başlanacaq".

Aydın Kərimov bildirib ki, bu kompleks 43 binadan ibarətdir:

"Bu binaların hündürlüyü beş mərtəbədən çox deyil. Belə tikilməsi şəhərin təbii memarlıq üslubunun qorunmasına hesablanıb".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul