UN-Habitat rəhbəri: Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün gözəl məkandır
sizinxeber.az xəbər saytı

UN-Habitat rəhbəri: Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün gözəl məkandır


Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün olduqca gözəl bir məkandır.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.

O, İçərişəhərə getdiyini və tarixi məkanın gözəlliyi ilə yaxından tanış olduğunu da bildirib:

"Ümumiyyətlə, mədəni irsin konservasiyasının yaxşı həyata keçirildiyi şəhərlərdə olmaq, bu cür müzakirələr aparmaq çox əlverişlidir. Həmin məkanları gəzdikcə mədəni irsi və tarixi qorumağın insanlıq üçün öhdəlik olduğunu başa düşürük".

A.Rossbax gələcəyin şəhərlərində mədəniyyətin və mədəni irsin prioritet olmasının vacibliyini də vurğulayıb:

"Biz bununla bağlı UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik".

Oxşar xəbərlər

İnti Munaz: Mexiko üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir
Səbinə Hacıyeva: Azərbaycan İçərişəhərə turistlər üçün məkan kimi yanaşmır
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
Rossbax Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə şağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər