Paralimpiyaçı memar: İdman əlçatan şəhərlərin qurulmasına yol açır
İdman insanların potensialını reallaşdırmasına və daha əlçatan şəhər mühitinin formalaşmasına güclü təkan verir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada videobağlantı vasitəsilə çıxış edən paralimpiya üzgüçüsü və memar İleana Rodriqes deyib.
Kubada doğulduğunu və 15 yaşında ABŞ-yə köçdüyünü bildirən İleana Rodriqes qeyd edib ki, idman onun həyatını dəyişib. Onun sözlərinə görə, məhz üzgüçülük sayəsində fiziki məhdudiyyətlərin arzulara mane olmadığını anlayıb.
İleana Rodriqes vurğulayıb ki, əlçatan şəhər mühiti insanların öz potensialını tam reallaşdırması üçün əsas şərtlərdən biridir.
O, Perunun paytaxtı Limanı uğurlu nümunə kimi göstərərək bildirib ki, şəhər əvvəlcə inklüziv idman siyasəti formalaşdırıb, daha sonra həmin siyasətə uyğun idman obyektləri tikib. Bu obyektlər beynəlxalq yarışlardan sonra da şəhər sakinlərinin istifadəsində qalıb.
Rodriqesin sözlərinə görə, idman təkcə yarışlar üçün deyil, uzunmüddətli sosial dəyişikliklər və inklüziv şəhər siyasəti üçün mühüm alətdir.
Oxşar xəbərlər
Səfir: İtaliya 2024-cü ildə idman infrastrukturu layihələrinə 550 milyon avro kredit ayırıb
Kosta-Rikanın sabiq prezidenti: İdman şəhərlərin inklüziv inkişafına töhfə verir
İtaliya səfiri: İdman şəhərsalma və dayanıqlılıq siyasətlərinə inteqrasiya olunmalıdır
Yay Paralimpiya Oyunlarında qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
