UN-Habitat müşaviri: "Bakı urbanizasiya sahəsində dünyaya ilham verir"
Bakı urbanizasiya sahəsində dünyaya ilham verir.
Bunu "Sizinxeber.az"a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası müşaviri Katja Şafer bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) iştirakçılar üçün urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində mühüm təcrübə platformasına çevrilib: "Bakı forum iştirakçılarını həm şəhərin inkişafı, həm də qonaqpərvərliyi ilə təsirləndirib. Xəzərin incisi olan Bakı bu gün dünyanı qəbul edir və ölkənizin inkişafını nümayiş etdirir. İnsanlar öz ölkələrinə buradakı isti münasibət və əldə etdikləri təcrübə ilə bağlı müsbət təəssüratlarla qayıdacaqlar".
K. Şafer qeyd edib ki, forum çərçivəsində SPECA regionunda şəhərlərin inkişafı və dayanıqlı urbanizasiya məsələləri geniş müzakirə olunub: "Gəncə də daxil olmaqla altı şəhər təşəbbüsün öncülləri kimi çıxış edərək təcrübələrini bölüşüb. Bu şəhərlər bir-birindən öyrənir, həmçinin Mərkəzi Asiya regionunda və Orta Dəhliz boyunca əməkdaşlığın genişlənməsinə töhfə verir. WUF13-ün əsas nəticələrindən biri urbanizasiya ilə bağlı müzakirələrin regional səviyyədə davam etdirilməsi olacaq. Biz insanların həyat keyfiyyətinin yaxşılaşdırılması, əlçatan və adekvat mənzil təminatı, şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması və iqtisadi çağırışlara qarşı dayanıqlılığın gücləndirilməsi istiqamətində birgə işləməyə davam etməliyik".
K. Şafer əlavə edib ki, gələn həftə Gəncəyə səfər etməyi və şəhərlə yaxından tanış olmağı planlaşdırır.
Oxşar xəbərlər
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Dövlətxan Dövlətxanov: "WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır"
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
