Şura sədri: Azərbaycanın enerji resursları zəngin olsa da, şirin su ehtiyatları məhduddur
"Bəzi ölkələrdə bol şirin su ehtiyatları mövcuddur, lakin Azərbaycan enerji resursları baxımından zəngin olsa da, şirin su ehtiyatları məhduddur".
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” adlı tədbirdə deyib.
O bildirib ki, bizim regionda fərqli reallıqlar mövcuddur.
“Çox vaxt qlobal dayanıqlılıq müzakirələri əsasən Qərbi Avropa və Şimali Amerika tərəfindən hazırlanmış modellər əsasında formalaşır. Bu modellər dəyərlidir - onlar metodologiya, struktur, investor inamı və texniki meyarlar təqdim edir. Lakin bu yanaşmalar çox spesifik tarixi, iqlim, infrastruktur və iqtisadi şəraitdə formalaşıb. Bizim regionun isə fərqli reallıqları var və bu, yaşıl sertifikatlaşdırma sisteminə baxarkən xüsusilə nəzərə çarpır”, – deyə o vurğulayıb.
Fuad Bağırov qeyd edib ki, ölkələr müxtəlif ekoloji təzyiqlərlə üzləşir, bəzi iqtisadiyyatlar hələ də kömürdən yüksək dərəcədə asılıdır, digərləri enerji qıtlığı və qeyri-sabit elektrik infrastrukturu ilə mübarizə aparır.
Oxşar xəbərlər
Ekspert: "Azərbaycan şirin su resurslarına dair getdikcə artan təzyiqlə üz-üzədir"
EBRD: "Ağıllı binalar"ın inşası enerji istehlakını azaldır
Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb
Azərbaycanın strateji valyuta ehtiyatları 77 mlrd. dolları ötüb
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
