Dina Xalil: Şəhərlərdə həyat keyfiyyəti bir sıra vacib amillərdən asılıdır
sizinxeber.az xəbər saytı

Dina Xalil: Şəhərlərdə həyat keyfiyyəti bir sıra vacib amillərdən asılıdır


Şəhərlərdə həyat keyfiyyəti müzakirə edilərkən əsas diqqət təkcə şəhər infrastrukturuna və ictimai məkanlara deyil, həm də təhlükəsizlik və layiqli yaşayış şəraiti daxil olmaqla, evlərin öz daxilindəki şəraitə yönəldilməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Habitat for Humanity International" təşkilatının Yaxın Şərq və Şimali Afrika regionu üzrə şəhər siyasəti, tədqiqatlar və advokasiya üzrə baş meneceri Dina Xalil (Deena Khalil) Bakıda WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, şəhərlərdə həyat keyfiyyətinin aşağı olması qavrayışı tez-tez məhz ev səviyyəsində - təhlükəsiz və layiqli mənzilə, eləcə də əsas xidmətlərə və sosial imkanlara çıxış vasitəsilə başlayır.

"Ev təsərrüfatlarının əhəmiyyətli hissəsi gəlirlərinin artan payını mənzilə - kirayə və ya ipoteka ödənişlərinə xərcləyir, bu da digər əsas ehtiyacları ödəmək imkanlarını azaldır və iqtisadi həssaslığı artırır", - o bildirib.

Dina Xalil qeyd edib ki, bu vəziyyət birbaşa mənzil şəraiti ilə əlaqədar olan daimi qeyri-sabitlik hissi - evdən çıxarılma, evsizlik və yoxsulluq riski yaradır.

"Elektrik enerjisi və ventilyasiya çatışmazlığı da daxil olmaqla, pis yaşayış şəraiti sağlamlığa, təhsilə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərir. Bütün bunlar, xüsusilə qadınlar üçün mənzil sıxlığı və məxfiliyin azalması problemlərini daha da kəskinləşdirə bilər", - o əlavə edib.

Oxşar xəbərlər

Mariya de Vayn WUF13-də şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması təşəbbüsünü irəli sürüb
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
UN-Habitat: Şəhərlər hazırki iqlim münaqişələrinin ön xəttindədir
Malayziya rəsmisi: "2030-cu ilə qədər əhalimizin 80 %-i şəhərlərdə yaşayacaq"
Emin Hüseynzadə: İnfosessiyaların əsas məqsədi ictimaiyyəti WUF13 barədə məlumatlandırmaqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər