Rüfət Mahmud: İçərişəhəri unikal şəhər nümunəsi kimi qoruyuruq
İçərişəhəri unikal şəhər nümunəsi olaraq qoruduğumuz kimi, eyni zamanda son zamanlar müəyyən islahatlar da həyata keçiririk.
"Sizinxeber.az" xəbər verir ki, bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər regeneraziyası və turizm potensialı" adlı müzakirədə deyib.
Qoruq sədri bildirib ki, sözügedən islahatlar sakinlər arasındakı sorğulara əsaslanır.
"Biz İçərişəhər sakinləri arasında sorğular aparırıq, onların potensiallarını üzə çıxarmaq üçün müxtəlif müzakirələr aparırıq. Yəni sakinlər burada yaşaya-yaşaya nə kimi fayda verə bilər, nə edə bilər və sair. Eyni zamanda sorğular əsasında, bəlkə, bizim görə bilmədiyimiz problemlərin olub-olmadığını da öyrənib sistemləşdiririk, həllinə nail oluruq".
Rüfət Mahmud həmçinin bildirib ki, sakinlərin etimadı bu kimi unikal şəhər nümunələri üçün prioritetlərdəndir.
Oxşar xəbərlər
İçərişəhərdə ağıllı monitorinq və təhlükəsizlik sistemləri tətbiq ediləcək
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Rüfət Mahmud: "Xalçaçılıq forumu Azərbaycan xalçalarını dünyaya tanıdacaq"
İçərişəhərdə nəqliyyat və ödəniş xidmətləri birləşdiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
