Mikayıl Cabbarov: "Azərbaycanın iqtisadi strategiyasında şəhərlərin potensialı və insan kapitalı önəmli yer tutur"
Azərbaycanın iqtisadi inkişaf strategiyasında dünya bazarlarına bağlantı, insan kapitalının gücləndirilməsi və şəhərlərin iqtisadi potensialının inkişafı əsas istiqamətlərdən biridir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Nazir qeyd edib ki, bu məqsədlə ölkədə avtomobil yolları və dəmir yolları ilə yanaşı, "yumşaq infrastruktur" və bağlantı imkanlarının inkişafına da xüsusi diqqət yetirilir: "Bu yanaşma şəhərlərin ənənəvi iqtisadi üstünlüklərini qorumağa və eyni zamanda yeni ideyaların inkişafına imkan verir. İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi modellər tətbiq olunur. Xankəndidə Qarabağ Universitetinin yerləşəcəyi universitetin şəhər konsepsiyası müasir Azərbaycan tarixində ilk nümunədir. Biz hesab etdik ki, iqtisadi fəaliyyət akademik fəaliyyət ətrafında formalaşa bilər".
M. Cabbarovun sözlərinə görə, Gəncə, Naxçıvan və Şəki kimi şəhərlərdə də insan kapitalı və ənənəvi bilik üstünlüklərinə əsaslanan iqtisadi yanaşma tətbiq edilir: "Mərkəzi hökumət və şəhərlərin rolu ilə bağlı düzgün balansın qurulması vacibdir. Yalnız strategiya və planlaşdırma kifayət deyil. Əsas məsələ onların necə icra olunması və iqtisadi rəqabətdə ədalətli mühitin necə təmin edilməsidir. Şəhər idarəçiliyi sahəsində təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Şuşa ilə Trabzon arasında əməkdaşlıq sənədinin imzalanması da bu yanaşmanın bir hissəsidir".
Nazir bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar yüksək səviyyəli strateji baxış, insan kapitalına davamlı yatırım və institusional inkişaf sayəsində mümkün olub: "Qərarların qəbulunda sürət və keyfiyyət birbaşa olaraq qurulan idarəetmə və əlaqələndirmə infrastrukturundan asılıdır".
Oxşar xəbərlər
WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək
Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var"
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
Anar Quliyev: "Böyük Qayıdış Dövlət Proqramı mərkəzi strateji çərçivəni təmsil edir"
Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin forumunda təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
