İtaliya səfiri: İdman şəhərsalma və dayanıqlılıq siyasətlərinə inteqrasiya olunmalıdır
sizinxeber.az xəbər saytı

İtaliya səfiri: İdman şəhərsalma və dayanıqlılıq siyasətlərinə inteqrasiya olunmalıdır


İdman ayrıca bir sahə kimi deyil, şəhərsalma, sosial inklüzivlik və ekoloji dayanıqlılıq siyasətlərinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko deyib.

Onun sözlərinə görə, idmanın insan rifahına və cəmiyyətin inkişafına töhfəsi geniş şəkildə qəbul olunsa da, bu sahənin daha geniş strateji çərçivəyə inteqrasiyası üzrə məlumatlılığın artırılmasına ehtiyac var.

Luka Di Canfrançesko qeyd edib ki, idman infrastrukturu şəhərsalma, sosial siyasət və ətraf mühit məqsədləri ilə əlaqələndirildikdə daha effektiv nəticələr verir.

Səfir bildirib ki, İtaliya Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə tərəfdaşlıq platforması çərçivəsində idmanla bağlı sosial və ekoloji təsiri yüksək olan layihələrin dəstəklənməsinə xüsusi önəm verir.

Onun sözlərinə görə, bu yanaşma idmanın şəhərlərin daha inklüziv və dayanıqlı inkişafına töhfəsini gücləndirir.

Oxşar xəbərlər

Səfir: İtaliya 2024-cü ildə idman infrastrukturu layihələrinə 550 milyon avro kredit ayırıb
Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb
Paralimpiyaçı memar: İdman əlçatan şəhərlərin qurulmasına yol açır
Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub
İtaliyanın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərdən danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər