“PAŞA Sığorta” və Sea Breeze arasında memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

“PAŞA Sığorta” və Sea Breeze arasında memorandum imzalanıb


Daşınmaz əmlak sığortası bazarında yeni fürsətlər yaranır. Belə ki, sığorta sahəsində lider şirkətlərdən biri “PAŞA Sığorta” və müasir evlər təklif edən Sea Breeze arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Sizinxeber.az-Economics"ə “PAŞA Sığorta”dan məlumat verilib.

Məlumata görə, imzalanma mərasimi tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən tərəflər əməkdaşlığın sığorta sahəsində yeni imkanlar yaradacağını və birgə təşəbbüslərin inkişafına töhfə verəcəyini bildiriblər.

Qeyd olunub ki, memorandum çərçivəsində maarifləndirmə layihələrinin həyata keçirilməsi, sığorta xidmətləri üzrə məlumatlandırma işlərinin genişləndirilməsi və müxtəlif əməkdaşlıq istiqamətlərinin inkişafı nəzərdə tutulur. Tərəflər əməkdaşlığın qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar.

Bununla yanaşı bildirilib ki, qarşılıqlı razılaşma əsasında “PAŞA Sığorta” şirkətinin müştəriləri Sea Breeze tərəfindən təqdim edilən daşınmaz əmlaklar üzrə eksklüziv təkliflərdən faydalana biləcəklər. Belə ki, bu memorandum sayəsində “PAŞA Sığorta” müştəriləri üçün özəl imkanlar yaradılacaq.

Görüş zamanı tərəflər uzunmüddətli tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tədbir qarşılıqlı təşəkkür və əməkdaşlığın uğurlu olacağına dair xoş niyyət mesajları ilə yekunlaşıb.

Oxşar xəbərlər

"PAŞA Sığorta"dan 2 və daha çox mənzilini sığortalayanlara özəl təklif var!
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
PAŞA Sığorta və “iCheck” mobil tətbiqi birgə əməkdaşlığını elan edib
PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN ödəniş edib
PAŞA Sığorta İqtisad Universitetinin tələbələri üçün maarifləndirici sessiya keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər