TDT Baş katibi: UN-Habitat ilə yeni əməkdaşlıq planı barədə razılığa gəlmişik
Türk dünyası Mərkəzi Asiyadan Qafqaza və Avropaya qədər uzanan dinamik urbanik məkandır. Lakin şəhərlərimiz sürətli əhali artımı, nizamsız urbanizasiya, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik kimi mürəkkəb problemlərlə üz-üzədir.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.
O qeyd edib ki, gələcək regional təşəbbüslərin mərkəzində iqlim adaptasiyası, fəlakət risklərinin azaldılması, enerji səmərəliliyi, dayanıqlı nəqliyyat dayanmalıdır: "Bu baxış artıq regionumuzda reallığa çevrilir. Məsələn, Qarabağ və Şərqi Zəngəzurdakı "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, Qazaxıstanda Alatau şəhərinin yüksək texnologiyalı inkişaf modeli, Qırğızıstanda dayanıqlı dağ urbanizmi üçün rəqəmsal monitorinq sistemləri mövcuddur. Bu gün üzv dövlətlərin pavilyonlarında da bu təşəbbüsləri görürük. Bu gün imzaladığımız memorandum vasitəsilə texniki əməkdaşlıq üçün rəsmi çərçivə yaradırıq. Bu sənəd həmçinin 2023-cü ildə UN-Habitat ilə də imzalanmış əməkdaşlığın davamıdır. Bu gün səhər Anaklaudia Rossbax ilə çox məhsuldar görüş keçirdim. Biz 2026–2027-ci illər üzrə yeni əməkdaşlıq planı barədə razılığa gəldik. Bu fəaliyyət planı texniki potensialın artırılması, Yeni Şəhər Gündəliyinin tətbiqi, Türk dünyasında dayanıqlı urban irsin qorunması istiqamətlərini əhatə edir”.
Oxşar xəbərlər
Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir
Erfan Ali: 2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhərlərdə məskunlaşacaq
TDT-yə üzv dövlətlər şəhər inkişafı sahələrinə dair Anlaşma Memorandumu imzalayıblar
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
TDT-nin Baş katibi: Ekoloji problemlər milli sərhədləri tanımır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
