BMT: 2030-cu ilə qədər dünyada 80 yaşdan yuxarı insanların sayı 1 yaşdan kiçik uşaqlardan çox olacaq
2030-cu ilə qədər dünyada 80 yaşdan yuxarı insanların sayı 1 yaşdan kiçik uşaqlardan çox olacaq.
Sizinxeber.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Yaşlı İnsanların Hüquqları Bölməsinin rəhbəri Çitralexa Mari Massela Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil" mövzusunda yaşlı insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.
BMT rəsmisi bildirib ki, dünya sürətlə yaşlanır və bu dəyişikliklər mənzil siyasətinə birbaşa təsir göstərməlidir.
Ekspertin fikrincə, dövlətlər və şəhərlər üç əsas prinsipə əməl etməlidir: hörmət etmək, qorumaq və hüquqları təmin etmək.
"Dünyada 65 yaşdan yuxarı hər altı nəfərdən biri zorakılıq, istismar və laqeydliklə üzləşir”, - Massela bildirib.
O əlavə edib ki, düzgün planlaşdırılmış şəhərlər olmadan təhlükəsiz və ləyaqətli mənzil hüququnun təmin edilməsi mümkün deyil.
"Ev təkcə bir bina deyil. O, icma, şəhər və dövlət sistemi ilə birlikdə düşünülməlidir”, - o vurğulayıb.
Oxşar xəbərlər
Nigar Məmmədova: Yaşlı insanların rəqəmsal bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır
Rossbax: Gələcəyin şəhərlərini yaşlanan əhaliyə uyğun şəkildə hazırlamalıyıq
Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik
Koalisiya sədri: Mənzil probleminin həlli üçün qurumlar birgə tədbirlər həyata keçirməlidir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
