EBRD: "Ağıllı binalar"ın inşası enerji istehlakını azaldır
sizinxeber.az xəbər saytı

EBRD: "Ağıllı binalar"ın inşası enerji istehlakını azaldır


Artıq dünyada ölkələr binaları “ağıllı” yanaşma ilə tikməli və bunun hesabına enerji xərclərini azaltmalıdır.

APA xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun Enerji Effektivliyi üzrə baş mütəxəssisi Bojan Boqdanoviç Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, “ağıllı binalar”ın inşası həm əlçatan mənzil təminatına töhfə verir, həm də enerji istehlakını və xərclərini azaldır.

“Bu yanaşma şəhərlərin böhranlara daha davamlı şəkildə inkişaf etməsinə kömək edir. Bu gün əsas diqqət iqlim dəyişikliyini və resurs istifadəsini artırmadan, eyni zamanda bərabərsizlik yaratmadan genişmiqyaslı əlçatan mənzil həllərinin hazırlanmasına yönəlməlidir”, – deyə o vurğulayıb.

EBRD nümayəndəsi qeyd edib ki, bankın əsas missiyası investisiya vasitəsilə həyatları dəyişməkdir:

“Bizim məqsədimiz yaxşı ideyaları geniş miqyasda tətbiq oluna bilən və investisiya üçün cəlbedici layihələrə çevirməkdir”.

Oxşar xəbərlər

EBRD: Şəhərlər mənzil tələbatını qarşılamaq üçün investisiya risklərini azaltmalıdır
Nigeriyalı nazir: Bəşəriyyətin gələcəyi şəhərlərlə daha çox bağlıdır
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
Vahid Hacıyev WUF13-də Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsindən danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər