BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
“Yaşıl iqtisadiyyat” dayanıqlı inkişafa nail olmağın əsaslarından birini təşkil edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan deyib.
O qeyd edib ki, BƏƏ “yaşıl keçid” istiqamətində irəliləyiş əldə etməyə çalışır.
"BƏƏ bərpa olunan enerji mənbələrindən istifadənin səmərəliliyini artırmaq üçün bir çox böyük layihələrə sərmayə qoyub. Müasir iqlim dəyişikliyini nəzərə alaraq daha dayanıqlı gələcəyə necə nail ola biləcəyimizə dair baxışımız belədir", - o bildirib.
Nazir BƏƏ-nin dayanıqlı inkişafı təmin etmək məqsədilə digər ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
“Biz xüsusilə “yaşıl iqtisadiyyat” sahəsində tərəfdaşlığımızı genişləndirmək üçün çalışırıq”, - o əlavə edib.
Oxşar xəbərlər
Nazir: "Azərbaycanda "yaşıl maliyyə"nin genişləndirilməsi üçün innovativ həllər tətbiq olunmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











