"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmlərinə tələb təklifdən 35 % az olub
“Bakı Fond Birjası” QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 87,4 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.
Onun sözlərinə görə, hər birinin nominal dəyəri 0,27 manat olan 322 milyon ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Abunə yazılışı zamanı anderrayterə - "ABB İnvest İnvestisiya Şirkəti" QSC-yə 33 mindən çox investor ümumi dəyəri 56,535 milyon manat olan 50 minə yaxın sifariş təqdim edib. Başqa sözlə, səhmlərə tələb təklifdən 35,3 % az olub. Son nəticədə yerləşdirmə 64,7 % olmaqla baş tutub və Bankın nizamnamə kapitalı 4,6 % artaraq 1 225,648 milyon manatdan 1 282,183 milyon manata çatıb. Kredit təşkilatının fiziki şəxs səhmdarlarının sayı 1 794 nəfərdən 35 104 nəfərə yüksəlib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb.
Oxşar xəbərlər
ABB səhmdarlarının sayı 35 mini ötüb
"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
