Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz "Facebook" səhifəsində yazıb.
Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyası çərçivəsində baş tutub. "Görüş zamanı Məhəmməd Qayat krallığın ərazi bütövlüyünə və onun Mərakeş Saxarası üzərindəki suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O, həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni təkan verilməsinin vacibliyini də vurğulayıb", - A.Embarş yazıb.
Oxşar xəbərlər
Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edilib
Səfir: Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır
Sahibə Qafarova iordaniyalı həmkarı ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib
Mərakeşin səfiri: İki ölkə arasında viza rejiminin ləğvindən sonra turizm sahəsində də ciddi artım müşahidə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
