"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb


Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8 709 olub.

BFB-nin dövriyyəsinin 76,6 %-i, yaxud 18 milyard 243,220 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5 % artaraq 4 329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8 % artaraq 1 milyard 254,939 milyon manat olub.

Oxşar xəbərlər

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər