"Bank Respublika" və EFSE sahibkarlığın dəstəklənməsi məqsədilə növbəti kredit sazişi imzalayıb
EFSE "Bank Respublika"ya 15 milyon avro kredit ayırıb
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar. Bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.
4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.
“İmzalanmış saziş "Bank Respublika" ilə tərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki, milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesin sabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq”, - deyə EFSE-də Finance in Motion portfel meneceri Yasminka Beqert qeyd edib
“EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsi tərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakter daşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçün prioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesin kreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək. Bizim üçün əsas məqsəd - xarici maliyyəni sadəcə cəlb etmək deyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlara çevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərinin yaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumat üçün:
Veb sayt:
Sosial şəbəkələr: | | |
Çağrı Mərkəzi: 144
Oxşar xəbərlər
"TuranBank" beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
“Bank Respublika”da mikro kreditlər üzrə FAİZLƏR ƏRİDİ
"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib
EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb
"Bank Respublika" və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












