"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.
Belə ki, Bank FİNMA-nın tənzimlədiyi İsveçrənin aparıcı "Enabling Qapital" şirkətinin idarə etdiyi EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.
“Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımıza inamının növbəti mühüm göstəricisidir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edir və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusilə də kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”- deyə "TuranBank"ın İdarə Heyətinin sədri Orxan Qarayev bildirib.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilib. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş "TuranBank" mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmaqdadır və bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.
"TuranBank"
Bizimlə etibarlıdır ...
Oxşar xəbərlər
TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
KOBİA: Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb
Azərbaycanda sahibkarlara güzəştli kredit verilməsi tam elektronlaşdırılacaq
SİF-in güzəştli kreditlərinin 72 %-i regionların payına düşüb
Sahibkarlığın İnkişafı Fondu verdiyi kreditlərin ümumi məbləğini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












