Aktau-Ələt marşrutu üzrə konteyner daşımalarının bu il üçün gözlənilən həcmi açıqlanıb
Cari ilə olan proqnoza əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə konteyner daşımalarının ümumi həcmi 96 min TEU təşkil edəcək ki, bundan da 88 min TEU konteyner Aktau-Ələt istiqamətinin payına düşəcək.
“Sizinxeber.az” xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "Kazmortransflot" şirkətinin hesablamalarına əsasən, fider donanmanın mövcud potensialı ilə ("Kazmortransflot"un dörd gəmisi və ASCO-nun iki gəmisi) Aktaudan Ələtə təxminən 89 min TEU konteynerin daşınması mümkündür.
Bununla əlaqədar gəmiçilik şirkətləri gəmilərin sayının artırılmasını məqsədəuyğun hesab etmirlər. Bunun əvəzinə onlar əlavə fiderlər cəlb etmədən planlaşdırılan həcmdə konteynerlərin daşınmasına imkan verəcək tədbirlərə diqqəti cəmləməyi təklif edirlər. Əsas həllər arasında TBNM-ə cəlb olunmuş Xəzər dənizi limanlarının akvatoriyasında dibdərinləşdirmə işlərinin həyata keçirilməsi, Aktau limanında fider gəmilərin maksimum yüklənməsinin təmin edilməsi, limanlarda gözləmə vaxtının azaldılması, konteynerlərin vaxtında daşınması üçün yetərli sayda fitinq platformalarının təqdim edilməsi yer alır.
Oxşar xəbərlər
“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb
“Kazmortransflot” və “AD Ports” Orta Dəhlizlə yük axınının artırılması üçün konteyner gəmiləri inşa edəcək
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb
“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












