Casurbek Çoriyev: "Özbəkistan Orta Dəhlizlə konteyner daşımalarının artacağını gözləyir" - EKSKLÜZİV
Rusiyadan yan keçməklə, Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə konteyner daşımaları regional ticarətdə getdikcə daha vacib rol oynayacaq.
Bu barədə "Sizinxeber.az"un Avropa bürosuna müsahibəsində Özbəkistanın nəqliyyat nazirinin müavini və Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) hökümətlərarası komissiyasının daimi katibliyinin baş katibi Casurbek Çoriyev bildirib.
Onun sözlərinə görə, son iki ildə TBNM çərçivəsində quru yük gəmiləri ilə daşımalara, o cümlədən taxıl və mineral gübrələrin daşınmasına tələbat artıb, lakin Asiya və Avropa arasında ticarətin inkişafı konteyner daşımalarına olan tələbatı getdikcə daha çox artırır.
"Zaman göstərir ki, konteyner daşımaları üstünlük təşkil edəcək", - o deyib və əlavə edib ki, böyük yük partiyalarının konteynerlərdə daşınması logistika xərclərini azaltmağa və daşımanın səmərəliliyini artırmağa imkan verir.
Çoriyev qeyd edib ki, dövlət və özəl sektor Xəzər dənizi vasitəsilə marşrutun buraxılış qabiliyyətinin genişləndirilməsi yollarını, o cümlədən yükdaşımalar üçün əlavə gəmi növlərinin istifadəsini öyrənir.
Xəzərin dayazlaşması Orta Dəhlizin gələcək inkişafı üçün çağırışlardan biri olaraq qalır, bu da liman infrastrukturuna əlavə investisiyaların qoyulmasını və dibdərinləşdirmə işlərinin aparılmasını tələb edir. "Limanlar onsuz da kanalları dərinləşdirmək məcburiyyətində qalır. Bu, əlavə investisiyalardır", - Çoriyev bildirib.
O əlavə edib ki, bu marşrutun istifadəçiləri üçün yalnız tariflər deyil, həm də yüklərin çatdırılma sürəti vacibdir. Onun sözlərinə görə, daşımaların tezliyinin və TBNM-in buraxılış qabiliyyətinin artırılması yük axınının daha da artmasına kömək edəcək.
Daha əvvəl bildirilmişdi ki, Özbəkistandan keçməklə TBNM üzrə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır.
Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına görə, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.
Qeyd etmək lazımdır ki, TBNM vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.
Oxşar xəbərlər
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
TRACECA-nın iclasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Orta Dəhlizin əhəmiyyəti vurğulanıb
“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
