Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
sizinxeber.az xəbər saytı

Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq


İran Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizəni dayandırmayacaq.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"İsveçrə danışıqlarına başladığımız vaxtdan etibarən düşmənin Livana qarşı hücumlarının dayandığını və insanların böyük qisminin evlərinə qayıtdığını gördük", - o bildirib.

Qalibaf əlavə edib ki, dördtərəfli danışıqlar üçün İsveçrəyə səfər hərbi mübarizənin davamıdır.

Onun sözlərinə görə, atəşkəs və müharibənin başa çatması mərhələsində problemlər yaranarsa, İran bunu həm raket hücumu ilə, həm də danışıqlarla həll edə bilər:

"Təbii ki, hamımız, həm silahlı qüvvələr, həm də diplomatiya aparatı davamlı olaraq bir-birimizlə əlaqədəyik. Mən özüm də diplomat deyiləm; bir döyüşçüyəm".

Oxşar xəbərlər

İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb
Qalibaf: İran nə Suriya, nə də Venesueladır
Qalibaf: İran nə Suriya, nə də Venesueladır!
ABŞ İranın etimadını qazana bilmədi - Qalibaf
Qalibaf İranın raket qurğularının "320%-nin məhv edildiyi" barədə bəyanatları təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər