Rusiya Xarkovda yaşayış binasını vurdu: ölən var
sizinxeber.az xəbər saytı

Rusiya Xarkovda yaşayış binasını vurdu: ölən var


Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi aviazərbə nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Məlumata görə, iyunun 20-də səhər saatlarında Rusiya qüvvələri idarəolunan aviasiya bombası (KAB) ilə Xarkovun Xolodnoqorsk rayonuna zərbə endirib. Nəticədə ikimərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.

Oleq Sinequbov bildirib ki, zərbə nəticəsində 60 və 49 yaşlı kişilər, 54 və 87 yaşlı qadınlar, həmçinin 6 yaşlı uşaq yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

Daha sonra açıqlanan məlumata əsasən, Xolodnoqorsk rayonunda 66 yaşlı daha bir kişiyə kəskin stress reaksiyası səbəbindən tibbi yardım göstərilib.

Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, ümumilikdə doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Rusiya Xarkovda yaşayış binasını vurub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var
Rusiya ordusunun Merefa şəhərinə zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB
Rusiya Ukraynanın bu şəhərlərini vurdu: ölənlər var
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər