Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-la əldə olunacaq hər hansı yekun razılaşma çərçivəsində İrana Hörmüz boğazından keçid üçün ödəniş və ya rüsum tətbiq etməyə icazə verilməyəcək.
Sizinxeber.az xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu, qanunla tənzimlənir. Hörmüz boğazı beynəlxalq su yoludur. Heç bir ölkənin beynəlxalq su yolundan keçidə görə rüsum və ya hər hansı ödəniş tələb etməsinə icazə verilmir. Beynəlxalq hüququn qüvvədə olan normaları bunu nəzərdə tutur”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, bu qayda dünyanın bütün beynəlxalq su yollarına şamil olunur və Vaşinqton Hörmüz boğazı məsələsində də eyni yanaşmanın tətbiqini gözləyir.
“Buna görə də hesab etmirəm ki, kimisə buna inandırmağa ehtiyac var. Düşünürəm ki, regionun bütün ölkələri bu mövqeyimizi dəstəkləyəcək”, – deyə Rubio əlavə edib.
Oxşar xəbərlər
Rubio: Ukrayna üzrə sülh sazişi hər iki tərəfdən güzəştlər tələb edəcək
Rubio İranı bütün nüvə obyektlərinə müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
